Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəblərdə koronavirusa qarşı 15 "QIZIL QAYDA"

Məktəblərdə koronavirusa qarşı 15

Tarix: 1 Sentyabr 2021 22:51

Məktəblərin açılacağı ilə bağlı məlumatlar bir çoxlarını maraqlandırır. Bu müddətdə valideynlərin və təhsil işçilərinin koronavirusdan və "Delta" variantı ilə bağlı narahatlıqları artıb.

Mütəxəssislər bildirirlər ki, qorunma tədbirləri sırasında vaksinasiya əsas yer tutmasına baxmayaraq, gigiyena, maska və məsafə qaydalarına əməl etmək lazımdır.

Milli.Az məktəblərdə qorunmaq üçün 15 əsas qaydanı təqdim edir:

1. Məktəblərdə sosial məsafəyə diqqət edilməli və buna uyğun partalararası məsafə təşkil edilməlidir;
2. Uşaqların sinifdə oturma şəkli hər zaman eyni olmalıdır
3. Məktəbdəki fəaliyyətlər mümkün qədər açıq havada olmalıdır
4. Təhsil mərkəzlərində havalandırma sistemi olmalı, maskadan istifadə edilməlidir
5. Dərs və yeməkxanaların giriş-çıxışlarında əl gigiyenasına diqqət edilməlidir
6. Qələm, kitab kimi ləvazimatlar özəl olmalı, ortaq istifadə edilməməlidir
7. Uşaqlar gün ərzində eyni yerdə olmalı, ortaq istifadə edilən bufet və ya siniflər havalandırılmalı, dezinfeksiya edilməlidir
8. Xəstəlik əlamətləri olanların digər uşaqlarla təması dərhal kəsilməli və evə göndərilməlidir
9. Məktəbin müxtəlif guşələrində gigiyena qaydaları ilə bağlı xəbərlər asılmalıdır
10. Mümkün olduğu qədər valideynlər, müəllimlər və yaşı çatan hər kəs vaksin olunmalıdır
11. Məktəbdə yeməkxanalarda çox adam olmaması üçün tədbirlər görülməlidir
12. Yemək alarkən məsafə və əl gigiyenası qorunmalıdr
13. Qonaq və ya valideynlər lazım olmadıqca məktəbə girməməlidirlər
14. Məktəbin servis avtobuslarında oturma şəklinə, sosial məsafəyə və maska istifadəsində diqqətli olmaq lazımdır
15. Valideynlər arasında əlamətləri olan uşaqları məktəbə göndərməməlidirlər. Valideynlər bu mövzuda diqqətli olmalıdırlar. /medicina.az

Milli.Az


Etiketlər:  Məktəblərdə koronavirusa qarşı 15 QIZIL QAYDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ