Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 13:56
Qarabağdakı Rusiya sülhməramıları Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə maşınlarla su daşıyırlar.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi və digər rayonlarda yaşayan 1.5 mindən çox insanı içməli su ilə təmin ediblər.
"Sülhməramlı kontingentinin humanitar mərkəzinin hərbçiləri iki həftə ərzində 30-dan çox uçuş həyata keçirib və Qarabağ sakinlərinə 200 tondan çox içməli su veriblər", - açıqlamada qeyd edilib.
Su stansiyasında təmir-bərpa işləri başa çatana və boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri hər gün erməniləri içməli su ilə təmin edəcəkləri bildirilib.
Avqustun 9-da Xakəndinə suyun verilməsi dayanması haqda məlumat yayılıb. "Sputnik Ermənistan"ın xəbərinə görə, Qarabağın mütləq əksəriyyətinə Azərbaycan ordusununun nəzarətinə keçməsindən sonra həmin ərazilərdə yaşayan ermənilərin əhəmiyyətli hissəsinin Xankəndidə yerləşməsi vəziyyəti daha da ağırlaşdırıb. Su istehlakı əhəmiyyətli dərəcədə artıb.
Hazırda Xankəndidə yaşayan ermənilərin suya olan ehtiyacının artezian quyularınının hesabına ödənildiyi bildirilib.