Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 19:40
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədəki epidemioloji vəziyyətin ağırlığına görə yenidən qapanmalara gediləcəyini istisna edib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, proses yaxşı idarə olunur və bu gün iqtisadiyyatlarını açan bütün ölkələr 4 -cü və 5 -ci dalğalardan keçiblər: "Əvəllər mən də Koordinasiya Şurasının üzvü idim, bütün hökumət bu prosesə rəhbərlik edirdi, ölkədə peyvənd yox idi və bütün ölkə bağlandı. Ölkəni bağlamaqda çətin bir şey yoxdur, bütün ölkəni 1 saata bağlaya bilərəm, amma bu həll yolu deyil.