Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın uğursuzluğu AB-ni hərəkətə keçirdi: Yeni ordu

ABŞ-ın uğursuzluğu AB-ni hərəkətə keçirdi: Yeni ordu

Tarix: 5 Sentyabr 2021 13:54

ABŞ-ın Əfqanıstandakı uğursuzluğu bütün dünyada gündəm oldu.

Avropa Birliyi (AB) liderləri artıq NATO-ya başqa gözlə baxmağa başladılar. İş o yerə gəlib çatıb ki, AB öz ordusunu yaratmağı müzakirə edir. Avropa öz ordusunu yarada bilərmi? Buna ehtiyac varmı?

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, artıq AB siyasiləri bundan sonra ölkələrinin ABŞ-ın və ya başqa gücün tələbi ilə xarici ölkə torpaqlarında fəaliyyət göstərməsini istəmir.

"May ayında AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin 5 min nəfərlik mobil hərbi qüvvə olaraq yaradılmasını planlaşdıran "AB ordusu" layihəsi mövcud olub. Bu layihə Brüssel koridorlarında belə müzakirə edilirdi.

Əslində Avropanın ortaq ordusunun olmasını daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da irəli sürmüşdü. Makronun bu təklifini Almaniya kansleri Angela Merkel dəstəkləsə də, ölkəsindəki ABŞ əsgərinin varlığına görə dayanmışdı. Amma Merkeli əvəz edəcəyi gözlənilən Armin Laşet Avropa ordusu qurma qərarının amerikalıların öhdəsinə buraxılmayacağını söylədi. Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Avropa ordusuna ehtiyac olmadığını, lakin hərbi qərarlarla bağlı ABŞ-la bərabər əsasda danışmağın lazım olduğunu söyləyir.

Bəzi ekspertlərə görə, Avropa ordusunun ritorikası Avropa liderlərinin Əfqanıstandakı uğursuzluqdan uzaqlaşmaq səylərinin nəticəsidir.

AB müddəalarına görə, 27 üzv dövlət belə bir hərbi quruluşla bağlı yekdilliklə qərar verməlidir", - şərhdə bildirilib.


Etiketlər:  ABŞ uğursuzluğu hərəkətə keçirdi Yeni ordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ