Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 20:50
Kamerun milli komandasının və "Barselona"nın sabiq futbolçusu Samuel Eto federasiya prezidenti olmaq istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı sabiq hücumçu Kamerun Futbol Federasiyasının prezidenti olmaq üçün namizədliyini irəli sürüb.
Lakin Etonun prezident olmasına ciddi bir maneə var. Belə ki, ikili vətəndaşlığı olan keçmiş futbolçunun prezident olması qaydalara ziddir. Eto həm Kamerun, həm də İspaniya vətəndaşıdır.
Qeyd edək ki, 1996-2014-cü illərdə Kamerun millisində çıxış edən Eto "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Sampdoriya" kimi klublarda da oynayıb.