Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 12:32
Türkiyənin məşhur müğənnisi Burcu Güneş ögey anası Nuray Güneşi məhkəməyə verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb N. Güneşin sənətçinin atasından qalan evi qeyri-qanuni yolla öz adına keçirməsi olub.
Burcu qarşı tərəf barədə mülkiyyət sənədinin ləğvi ilə bağlı iddia qaldırıb.
Qeyd edək ki, ifaçının atası Ali Güneş 2002-ci ildə vəfat edib. Bundan sonra Nuray Güneş oğlu ilə sözügedən mənzildə qalıb, ikinci dəfə ailə qurduqdan sonra məhkəmə prosesindən yayınmaq üçün evi hazırkı həyat yoldaşının adına keçirib.