Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 18:05
Amerikalı reper Lil Uzi Vertin (Saymir Vuds) alnına implant edilmiş milyon dollarlıq brilyant pərəstişkarı tərəfindən qoparılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının özü xəbər verib.
Musiqiçinin sözlərinə görə, hadisə Mayamidə "Rolling Loud" hip-hop festivalında baş verib. Belə ki, reperin ifası zamanı izdihamın içindən səhnəyə tullanan pərəstişkarı onun alnına taxılmış qiymətli daşı qoparıb.
Qeyd edək ki, Lil Uzi Vert brilyantı alnına fevral ayında implant etdirmişdi. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.
Sonradan məlum oldu ki, reper alnına implant olunmuş brilyantı bir müddət öncə çıxarıb. Ancaq "Rolling Loud" festivalı üçün yenidən geri qaytarıb.