Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tələbə adını qazananlar, DİQQƏT'' - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa... - VİDEO

Tələbə adını qazananlar, DİQQƏT'' - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa... - VİDEO

Tarix: 7 Sentyabr 2021 11:56

Ali məktəblərə qəbul olunan abituriyentlərin sabahdan qeydiyyatı başlayır. Artıq qeydiyyat ənənəvi qaydada deyil, yalnız onlayn şəkildə aparılacaq. Bunun üçün tələbələr portal.edu.az saytına girmələri kifayətdir. Ora daxil olaraq şəxsi kabinet yaradıb, ardıcıllıqla öz qeydiyyatlarını həyata keçirə bilərlər. 

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu gündən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Bundan sonra portalda əks olunan qəbul məlumatları yoxlanılmalıdır. 

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Cavad Mustafazadə bildirdi ki, portalda tələbələrə tələb olunan istənilən sənədi göndərmək üçün imkan yaradılıb.

Güzəştli şərtlərlə təhsil alacaq tələbələr də tələb edilən sənədi portala yükləməlidirlər. Bu arada portalda təhsil haqqını ödəmək üçün imkan da yaradılıb. Qeyd edək ki, abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu arada  sentyabrın 1-dən özəl orta məktəblərdə dərslər əyani qaydada başlasa da, sonradan dayandırılıb..sentyabrın 3-də təhsil nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin nazirlər kabineti yanında operativ qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib. məsələ ilə bağlı təhsil nazirliyindən bildirilib ki, özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır: "Bu səbəbdən də təhsil nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır". 


Etiketlər:  Tələbə adını qazananlar DİQQƏT tarixədək qeydiyyatdan keçməlisiniz yoxsa VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ