Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar İsmayılzadə: Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı - VİDEO

Şəhriyar İsmayılzadə: Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı - VİDEO

Tarix: 7 Sentyabr 2021 17:24

Müzəffər ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən zəfər yürüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də, Şəhriyar İsmayılzadədir. O, Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalalıb. Göstərdiyi şücaətə görə  3 medalla təltif olunub.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Şəhriyar İsmayılzadə  1994-cü ilin iyul ayında  Şirvan  şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olub.   Şəhriyar ötən ilin 29 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub.. Füzuli, Cəbrayıl və Şuşa ətrafında gedən döyüşlərdə fədakarlıq nümunələri göstərən Şəhriyar bir neçə ağır döyüş əməliyyatlarında iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirib.

O, 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalalır.. Könüllü olaraq döyüşlərə yollanan Şəhriyar tez-tez ailəsi ilə əlaqə saxlayaraq onlara qələbə qazanaraq qalib əsgər kimi  geri dönəcəyini desə də, o ən ali rütbə ilə, şəhidlik rütbəsi ilə geri dönür..

Şəhriyar Şirvanlıların iştirakı ilə Şirvan Şəhidlər Xiyabanında dəfn olunur. Qəhrəmanımız  ölümündən sonra "Vətən uğrunda" "Cəsur Döyüşçü" və " Şuşanın Azad olunmasına görə " medalları ilə təltif olunub.


Etiketlər:  Şəhriyar İsmayılzadə Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı VİDEO


RƏYLƏR