Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Camdaki kız'' bu kadra görə tənqid olundu

''Camdaki kız'' bu kadra görə tənqid olundu

Tarix: 7 Sentyabr 2021 19:55

"Kanal D"də yayımlanan "Camdaki kız" serialının növbəti tanıtım çarxı tənqid olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, baş rol ifaçılarından Nur Sürerin canlandırdığı obrazın yeni ailə həyatı quran qızı ilə kürəkəninin münasibətinə qarışması birmənalı qarşılanmayıb.

"Ərlik vəzifəni yerinə yetirməyəcəkdinsə, niyə evləndin?" cümləsi izləyiciləri qəzəbləndirib.

Görüntülərə "Lazım gəlsə, məcbur edəcəksən" deməsi nəcə bir cümlədir", ssenarini hansı ağıl və məntiqlə yazmısınız?", "Bu necə iyrənc bir ssenaridir?", "Bu qədəri də çox oldu, hansı beyinlə yazılıb?" kimi şərhlər gəlib.

Qeyd edək ki, bu serialda ilk tənqid olunan kadr deyil. Bundan əvvəl ekran işində bakirəliyin yoxlanması səhnəsinə görə serial cəzalandırılmışdı.

"Camdaki kız"ın baş rollarını Burcu Biricik ve Feyyaz Şerifoğlu canlandırır.

Milli.Az


Etiketlər:  Camdaki kız kadra görə tənqid olundu


RƏYLƏR