Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın ilk oyununa hakim təyinatları açıqlandı

Tarix: 18 Avqust 2019 00:12

Avropa  Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın məlumatına görə, matçın baş hakimi İsveçrə Futbol Federasiyasından 31 yaşlı Sandro Şerer  olacaq. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü avqustun 22-i Bakı vaxtı ilə 22:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


Etiketlər:  Qarabağın ilk oyununa hakim təyinatları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ