Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 19:20
Məşhur aktrisa Lili Kollinz rejissor Çarli Makdauellomla ərə gedib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlüyün toyu Koloradoda baş tutub. 32 yaşlı aktrisanın gəlinliyi "Ralph Lauren"dən olub. Lilinin görünüşünü Cey Lo ilə müntəzəm işləyən stilistlər Rob Zanqardi və Mariel Hann tərtib edib.
Özəl günündən olan fotoları İnstaqram hesabında paylaşan oyunçu hislərini belə ifadə edib:
"Heç vaxt sənin olmaqdan daha çox heç nə istəməmişəm və indi sənin həyat yoldaşınam. 2021-ci il sentyabrın 4-ü rəsmi olaraq bir-birimiz üçün əbədi olduq. Nağıl kimi başlayan şey, indi mənim sonsuz reallığımdır. Səni sevirəm".