Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 02:06
Bütün evdar qadınların arzusu ağ paltarların uzun müddət istifadədən sonra ağ qalmasıdır. Ancaq buna nail olmaq çox çətindir. Bəzən ağ paltarların ağappaq qalmas ı üçün müxtəlif kimyəvi ağardıcılardan istifadə edilir ki, bu da həm cibə, həm də həssas dərili uşaqlara zərərdir.
Ağ paltarlarınızın ilk günkü kimi ağ qalmasını istəyirsinizsə, paltaryuyan maşına yuyucu toz tökdüyünüz zaman üstünə aspirin əlavə edin.
Aspirin həm paltarlarınızın rəngini ağardacaq, həm d ə ləkələrin təmizlənməsini sürətləndirəcək. 1 kq ağ paltara 1 tablet aspirin kifayət edir. Əgər ağ paltarlarınıza ləkə düşübsə , o zaman aspirini soyuq suda həll edib ləkənin üstünə tökün və bir müddət gözləyin. Ləkənin yox olacağının şahidi olacaqsınız. Bu zaman suyun soyuq olması vacibdir. Çünki ilıq suda həll olan aspirin ləkələri çıxartmaq qabiliyyətinə malik deyil.