Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 08:04
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq, ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.
"Tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İranın öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər", - deyə məqalədə qeyd olunub.
Bildirilir ki, ŞƏT-ə üzv olmaq prosesi uzun sürə bilər.