Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ağır yol qəzasında 37 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzasında 37 nəfər xəsarət alıb

Tarix: 18 Avqust 2019 12:00

Bakı. Trend:

Türkiyənin Duzce vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə Kainaşlı rayonunda magistral yolunda baş verib.

Bildirilir ki, İstanbuldan Diyarbəkir istiqamətində gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis göndərilib.

İlkin məlumatlara görə, qəza nəticəsində 37 nəfər xəsarət alıb. Üç nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə ağır qəzasında nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ