Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 22:12
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB333" ləqəbli "YouTube"-bloqer dərc edib.
Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burda qalmışam") yazıldığını görüb. Nisbətən aşağıda isə "No" ("Xeyr") sözü yazılıb.
"MrMBB333" qeyd edib ki, qumdakı yazının ölçüsü çox böyük olduğunudan kömək istəyini yalnız təyyarədən və ya peykdən görmək mümkündür. Onun hesablamalarına görə, "Stranded" sözünün eni 46 metr, hündürlüyü isə səkkiz metrdən çoxdur.
Bloqerin tapıntısı izləyicilərin marağına səbəb olub.