Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 00:35
Xalq artisti Brilliant Dadaşova yeni avtomobil alması haqda xəbərlərə münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni 7 ildir eyni maşını sürdüyünü deyib:
"Hardadı təzə maşın? 7 il əvvəl almışam. İndi də həmin maşını sürürəm. Hamı məni təbrik edir. Bəzi müğənnilər belə şeylərlə fəxr edirlər ki, maşın aldım. Mən onlardan deyiləm. Həm də axı almamışam".
Qeyd edək ki, Dadaşovanın 200 min manatlıq yeni maşın alması xəbəri yayılmışdı.