Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2019 21:36
Bakı. Trend:
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.
Trend xəbər verir ki, avqustun 18-də yunan-Roma güləşçiləri mübarizəni davam etdirirlər. Təmsilçimiz Ülvi Qənizadə (72 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq. Güləşçimiz finala qədər Ermənistan güləşçisi Samvel Qriqoryana 5:2, Macarıstan idmançısı Gergeli Baka 9:0, iranlı pəhləvan Məhəmmədrza Mahmud Rüstəmiyə 2:1, Türkiyə güləşçisi İsmayıl Gündənə 4:1 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Sergey Stepanov olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin