Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin gömrük-keçid məntəqələrində yeni qaydalar qüvvəyə minəcək

Türkiyənin gömrük-keçid məntəqələrində yeni qaydalar qüvvəyə minəcək

Tarix: 12 Sentyabr 2021 19:06

Qanunsuz miqrasiya hərəkətlərinin qarşısının alınması məqsədilə Türkiyənin gömrük-keçid məntəqələrində yeni tənzimləmə qaydaları qüvvəyə minəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı qardaş ölkənin ticarət naziri Mehmet Muşun imzası ilə yeni tədbirlər planı hazırlanıb.

Plana əsasən, ölkəyə giriş-çıxışlarda yeni qaydalar tətbiq ediləcək və bunun üçün hər cür texniki cihaz, eləcə də məlumat sistemlərindən istifadə olunacaq.

Bununla bağlı ölkənin bütün aidiyyəti qurumlarına göndərilən bildirişdə son illər dünyanın bəzi ölkələrində yaşanan siyasi və sosial qeyri-sabitliklər səbəbilə nizamsız miqrasiya hərəkətlərinin artdığı bildirilib. Qeyd edilib ki, bu artım gömrük-keçid məntəqələrində miqrasiya qaydalarının pozulmasına yol açır. Bu səbəbdən Türkiyənin gömrük ərazisinə girən və ya çıxan nəqliyyat vasitələrinə nəzarət və bu vasitələrin yoxlanılması tədbirləri artırılacaq. Bununla yanaşı, görülən tədbirlərin tətbiqində iştirak edən məsul işçilərin məlumatlılığı artırılacaq.


Etiketlər:  Türkiyənin gömrük keçid məntəqələrində yeni qaydalar qüvvəyə minəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ