Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədəndə xoşagəlməz qoxu

Bədəndə xoşagəlməz qoxu

Tarix: 14 Sentyabr 2021 08:03

Hər bir insanın bədəninin öz qoxusu var. Lakin bu qoxu çoxalıb kəskinləşdikdə ətrafdakı insanları uzaqlaşdıra bilər. Bu da artıq böyük problem deməkdir.
Bir neçə sadə qaydalara riayət etməklə bədəndən gələn xoşagəlməz qoxunun qarşısını almaq mümkündür. Təəssüf ki, bu problemdən əziyyət çəkən insanlar bunu hiss etmir, ola bilər ki bu artıq onların qoxuya vərdiş etməsindən irəli gəlir.
Səbəbləri

Bakteriyalar tərləmə zonaları daha aktiv olan yerlərdə çox yayılırlar. İnsan orqanizmdə 2 növ tər vəziləri mövcuddur: bütün bədəndə yerləşən daxili ifraz vəziləri və yetkinlik dövründə sadəcə tüklər olan sahələrdə (qolaltı, alın) aktiv olan apokrin vəziləri. Məhz bu apokrin vəziləri ilk növbədə xoşagəlməz qoxunun yaranmasına səbəb olan yağlı maddələri ifraz edir. Kəskin və ədviyyatlı qidalar, sarımsaq, soğan və s.həmçinin qoxu yarançasına səbəb ola bilər.

Nə edə bilərsiniz?

Müntəzəm olaraq fiziki güc yaxud da, digər hallardan sonra vanna və duş qəbul etmək lazımdır. Antibakterial sabun və gellərdən istifadə edin. Qolaltı üçün dezodorant və antiperspirantlar seçin. Əsasən tərləmələrin çox olduğu zonalara (qolaltı, boyun, sinə) talk istifadə edin ki, dəri quru qalsın. Əgər bu probləmlə bacara bilmirisnizsə artıq dermotoloqa müraciət etməlisiniz.

Profilaktik tədbirlər

Gigiyenik qaydalara riayət edin. Məsələn, ən az gündə 1 dəfə duş və ya vanna qəbul edin. Ağır tərləmələrdan çəkinin, sərin və ya kondisionerli yerlərdə olmağa çalışın, yaxud da özünüzlə yelpik gəzdirin. Bədəninizdə uzunmüddətli tər saxlamayın: mümkün olduğu qədər duş və ya vanna qəbul edin, yaxud da dəsmal və ya salfetlərdən istifadə edin. İsti və nəmli havalarda təbii parçalardan hazırlanmış boş geyimlər geyinməyə üstünlük verin. Sintetik materaillardan, xüsusən də neylondan uzaq olun, çünki bu material tərin buxarlanmasına imkan yaratmır. Paltarlarınızı, xüsusilə alt geyimlərini tez-tez dəyişməyi alışqanlıq edin.


Etiketlər:  Bədəndə xoşagəlməz qoxu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ