Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 10:54
Ermənistanda serjant döyüş postunda ölüb.
Sonxeber.net bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb.
Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, ehtiyatda olan serjant M. Ovakimyan hərbi toplanışlara cəlb olunubmuş.
Ermənistanda avqustun 25-dən ehtiyat olan hərbi mükəlləfiyyətlilərin 3 aylıq toplanışları başlayıb.