Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 09:20
Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər 500 sakinindən 1-i koronavirus infeksiyasından vəfat edir.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-da koronavirusa yoluxma və ölümlə bağlı statistika aparan Cons Hopkins Universiteti bildirib.
Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda COVID-19-dan 666 525 ölüm qeydə alınıb. Qeyd edilir ki, ölkədə 332,7 milyondan çox insan yaşayır. Bu, hər 500 amerikalıya 1 ölüm faktı deməkdir.
ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. Universitetin məlumatına görə, pandemiyanın əvvəlindən bu günə kimi ölkədə 41 531 501 insan koronavirusa yoluxub.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.