Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatiya Bakıya bu heyətlə gəlir - "Neftçi"nin sabiq futbolçusu da var

Xorvatiya Bakıya bu heyətlə gəlir -

Tarix: 19 Avqust 2019 15:04

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç “Avro-2020”nin seçmə mərhələsində sentyabrın 6-da Trnavada Slovakiya, sentyabrın 9-u Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək oyunlara dəvət olunan futbolçularım adlarını elan edib.

Qol.az Xorvatiya KİV-inə istinadən xəbər verir ki, əsas siyahıda 23, ehtiyat siyahıda 6 futbolçu yer alıb.

Qeyd edək ki, 2016-cı ildə “Neftçi”də oynamış, hazırda “Çaykur Rizəspor”da çıxış edən Dario Melnyak da yığmaya çağırılıb. O, əsas siyahıya düşüb.


Qapıçılar: Lovre Kaliniç («Aston Villa», İngiltərə), Dominik Livakoviç («Dinamo» Zaqreb), Simon Sluqa («Luton Taun», İngiltərə);

Müdafiəçilər: Domaqoy Vida («Beşiktaş», Türkiyə), Deyan Lovren («Liverpul», İngiltərə), Tin Edvay («Bayer», Almaniya), Matey Mitroviç («Brügge», Belçika), Borna Barişiç («Reyncers», Şotlandiya), Karlo Bartolets («Kopenhagen», Danimarka), Mile Şkoriç («Osiyek»), Dario Melnyak («Rizəspor», Türkiyə);

Yarımmüdafiəçilər: Luka Modriç («Real», İspaniya), İvan Rakitiç («Barselona», İspaniya), Mateo Kovaçiç («Çelsi», İngiltərə), Milan Badel («Fiorentina», İtaliya), Marselo Brozoviç («İnter», İtaliya), Mario Paşaliç («Atalanta», İtaliya), Nikola Vlaşiç (SSKA, Rusiya);

Hücumçular: İvan Perişiç («Bavariya», Almaniya), Ante Rebiç («Ayntraxt», Almaniya), Yosip Brekalo («Volfsburq», Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi- «Dinamo» Zaqreb).

***

Ehtiyat heyət: Andrey Kramariç («Xoffenhaym», Almaniya), Marko Roq («Kalyari», İtaliya), Filip Benkoviç («Lester», İngiltərə), Milo Çaktaş, Yosip Yuranoviç (hər ikisi - «Hayduk»), Antonio Mirko Çolak («Riyeka»).

 


Etiketlər:  Xorvatiya Bakıya bu heyətlə gəlir Neftçinin sabiq futbolçusu da var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ