Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reper bu kanalda çalışacaq

Məşhur reper bu kanalda çalışacaq

Tarix: 17 Sentyabr 2021 12:10

Reper Snup Doqq və iş adamı Marta Stüart "Snup və Martanın çox dadlı Hellouini" adlı şou proqramına aparıcılıq edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə "Fox News" məlumat yayıb.

Şounun ilk mövsümündə peşəkar çörəkçilər iştirak edəcək. Onlar hər biri 3 nəfərdən ibarət olan komandalara bölünəcəklər. Şounun müəllifləri qeyd edir ki, qələbə üçün iştirakçılar "dəhşətli yeməklər" hazırlayacaqlar. Snup Doq və Marta Stüart kulinariya məhsullarını qiymətləndirəcəklər.

"Böyük şokolad hörümçəklərini və ya şəkərli pambıqdan hazırlanmış hörümçək torlarını təsəvvür edin", - deyə layihənin anonsunda qeyd olunur.

Şou oktyabrın 14-də "Peacock" vasitəsilə yayımlanacaq.

Milli.Az


Etiketlər:  Məşhur reper bu kanalda çalışacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ