Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polisə zəng edib “bu gün silahlı hücum olacaq” dedi və...

Polisə zəng edib “bu gün silahlı hücum olacaq” dedi və...

Tarix: 19 Avqust 2019 16:44

Bakı. Samir Əli - Trend:

Masallı rayon sakini R.Cabbarovun barəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 18-də saat 12:42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.

Araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Polisə zəng edib gün silahlı hücum olacaq dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ