Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2021 09:18
Fransada reklam şirkəti sahibi Mişel Anj Flori 10 min avro məbləğində cərimələnib.
Sonxeber.net oxu.az-a istindən xəbər verir ki, bu barədə Tulon şəhər məhkəməsi qərar qəbul edib.
62 yaşlı Flori Fransa prezidenti Emmanuel Makronun Adolf Hitlerə bənzədildiyi reklam lövhələrini yol kənarlarında yerləşdirməkdə təqsirkar bilinib. Onun bu hərəkəti dövlət başçısının təhqir edilməsi kimi dəyərləndirilib.
Qeyd edək ki, sözügedən plakatlar iyulun 19-da quraşdırılıb və Fransa ictimaiyyətində geniş əks-səda doğurub.