Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 08:40
ABŞ noyabr ayından etibarən ölkəyə səyahət edəcək 18 yaşdan yuxarı bütün əcnəbi ölkə vətəndaşlarına koronavirus vaksini məcburiyyəti tətbiq edəcək və son 72 saat içində verilmiş PCR testi nəticəsi istəyəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ağ Evin COVID-19-la Mübarizə üzrə İşçi Qrupunun koordinatoru Ceff Zients mətbuata açıqlamasında deyib.
Sözügedən şərtlərlə ABŞ-ın qadağan olunmuş ölkələr siyahısındakı Şengen ölkələri və İngiltərədən də əcnəbi ölkə vətəndaşlarının ABŞ-a səyahətinə icazə veriləcək.