Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 14:38
Göyçaydakı küçələrdən birinə Fərid Mövsümovun adı verilib
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, şəhidin adının əbədiləşdirilməsi mərasimi bu cür başlayıb. Əvvəlcə Şəhidlər Xiyabınına gələrək xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Daha sonra 44 günlük Vətən müharibəsi zamanı qələbəmizdə şanlı tarix yazan şəhid Fərid Zakir oğlu Mövsümovun adının Göyçaydakı küçələrdən birinə verilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, din xadimləri, ziyalılar, şəhidin yaxınları, və qazilər iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərdiyini deyib. O bildirib ki,illər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər.
Bundan başqa tədbirdə şəhidin Vətən uğrunda göstərdiyi şücaətdən danışılıb.
Qeyd edək ki, Fərid Mövsümov oktyabrın 30-da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 33 yaşında qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.