Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 15:06
"Biz özümüz İran azərbaycanlısıyıq, azərbaycanlılar da bizim qardaşlarımızdır. Bizim onlarla heç bir problemimiz yoxdur ki, bizi tutub saxlasınlar".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində Azərbaycanın rüsum tələb etməsinə görə yüklərini daşıya bilmədiklərini deyən iranlı sürücülərdən biri İrəvanda BBC News Azərbaycancaya verdikləri reportajda çıxış edərkən deyib.
Sürücü bildirib ki, yolu bağlanılıb, 3 gün Qafanda qalıblar: "Tatev yolunu gəldik, o yol da balaca maşınlar üçündür. Həm erməni, həm də Azərbaycan tərəfi bizdən rüsum alır".
Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.