Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 11:18
Bakı. Samir Əli - Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənistan Ordusunun fərari hərbçisi ilə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə açıqlamasında bildirib ki, avqustun 19-da BQXK-nın Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçmiş milliyətcə erməni olan şəxsə baş çəkiblər. Başçəkmə BQXK standart qaydalarına uyğun həyata keçirilib.
İ.Hüseynova qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.
Qeyd edək ki, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin