Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 11:18
Türkiyənin populyar turizm mərkəzlərindən olan Bodrum içməli suya həsrət qala bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, şəhərin tək su qaynağı olan Mumcular bəndində suyun səviyyəsi 10%-dən də aşağı düşüb.
Hövzənin quruması nəticəsində 40 il əvvəl suyun altında qalmış Bodrum-İzmir yolu üzə çıxıb.
Şəhər rəhbərliyi hazırda su çatışmazlığını Milasdakı su anbarı hesabına aradan qaldırmağa çalışır. Lakin bu anbarda da su ehtiyatının 35%-ə düşdüyü bildirilir.