Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Balayev yenə birincidir

Emil Balayev yenə birincidir

Tarix: 20 Avqust 2019 12:28

"Tobol"da oynayan millimizin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında bu mövsüm ikinci dəfə "quru" seriyaya imza atıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiper artıq 339 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır və göstəricidə hazırda ilk pillədə qərarlaşıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb.

Qeyd edək ki, bu mövsümün rekordu da məhz E.Balayevə məxsusdur. O,  683 dəqiqə qapısına toxunulmaz saxlamışdı.

Xatırladaq ki, Qazaxıstan çempionatları tarixində ən uzun seriyaya isə 921 dəqiqə ilə 2005-06 mövsümündə "Kayrat"da oynayan Sergey Boyçenko imza atıb.

 


Etiketlər:  Emil Balayev yenə birincidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ