Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meteorizm nədir?

Meteorizm nədir?

Tarix: 25 Sentyabr 2021 08:48

Meteorizm (köpmə) dedikdə bağırsaqlarda qazların miqdarının artması nəzərdə tutulur.Bu bağırsaqlarda qıcqırma və çürüməsi sayəsində əmələ gəlir.Normal halda insanın bağırsaqlarında 1 gün ərzində 500ml-ə yaxın qaz əmələ gəlir.Bəzi hallarda isə qida qəbulu zamanı az miqdarda hava ağız vasitəsilə daxilə qəbul edilir.Lakin çürümə və qıcqırma prosesləri qüvvətləndikdə bağırsaqlarda metan,hidrogen sulfid,karbon,ammonyak qazı və başqa qazlar əmələ gələ bilir.Bu zaman qarın boşluğunda təzyiq artdığına görə,qan dövranı pozulur və onların reseptorları kəskin surətdə qıcıqlanır.Nəticədə orqanizmdə bir sıra reflektor dəyişikliklər meydana çəxər.Bunlara aiddir:
- arteril təzyiqin əvvəlcə artması,sonra isə azalması
- venoz təzyiqin yüksəlməsi
- diurezin azalması
Yuxarıda sadalananlar baş verdikdə həzm şirələrinin sekresiyası azalır ki,bu da çürümə və qıcqırma bakteriyalarının sürətli inkişafına şərait yaradır.
Bəzən meteorizm mexaniki amillərin baş verməsi səbəbindən də baş verə bilir.Bu səbəblər aşağıdakılardır:
- qidanı normal çeynəməmək və ya diri udmaq
- az su içmək
- uzun müddət ac qaldıqdan sonra çox yemək
- yemək yeyərkən çox miqdar su içmək
- lazım gəldikdə tualetə getməmək
Meteorizm zamanı bağırsaqlarda olan qazlar diafraqmanı sıxıb yuxarıya qaldırır.Bu zaman ürəyin və ağ ciyərlərin fəaliyyəti çətinləşir.

Milli.Az


Etiketlər:  Meteorizm nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ