Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

Tarix: 25 Sentyabr 2021 12:04

"Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir".

Milli.Az xəbər verir ki, bunu müğənninin qohumu Razim Qarayev deyib. 

O bildirib ki, sənətçi Mərkəzi Gömrük Xəstəxanasına çox ağır vəziyyətdə köçürülmüşdü:

"Həkimlər hazırda vəziyyətinin yaxşılaşmağa doğru olduğunu deyir. 10 gün əvvəl Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan buraya köçürülüb. Həmin gündən indiyədək vəziyyətində müsbətə doğru yaxşılaşma var. Müalicəsi davam edir".

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

Milli.Az


Etiketlər:  Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ