Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da sərnişin qatarı relsdən çıxdı, ölənlər var

ABŞ-da sərnişin qatarı relsdən çıxdı, ölənlər var

Tarix: 26 Sentyabr 2021 10:24

ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "KXLH" telekanalı ABŞ-ın "Amtrak" dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb.

Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.

CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.

Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.

Milli.Az


Etiketlər:  ABŞ da sərnişin qatarı relsdən çıxdı ölənlər var


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ