Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Bakıda şəkili daşınan Narın - FOTO

Bu gün Bakıda şəkili daşınan Narın - FOTO

Tarix: 27 Sentyabr 2021 15:22

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, yürüş zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəklini apardığı Xalıqova Narin Teymur qızı 2019-cu il 17 dekabrda Gəncə şəhərində doğulub.

Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açıb. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub.

10 aylıq Narin anası Sevil Əsgərova ilə eyni məzarda dəfn edilib. Narinin atası Teymur Xalıqov isə hərbçidir.

Qeyd edək ki, Narinin dəfni zamanı ürəkləri dağlayan, kəfənə bükülən cəsədi ilə fotosu yayılan şəxs dayısı Teymur Əsgərovdur.

Milli.Az


Etiketlər:  gün Bakıda şəkili daşınan Narın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ