Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada benzin qıtlığı - Yanacaqdordurma məntəqələrində XAOS

Böyük Britaniyada benzin qıtlığı - Yanacaqdordurma məntəqələrində XAOS

Tarix: 27 Sentyabr 2021 21:36

Böyük Britaniyada benzin defisitinə görə ölkənin bir sıra yerlərində benzin doldurma məntəqələrinə insanların axını, panika və bundan qaynaqlanan xaos yaşanır.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, ölkədə bir həftədir benzin çatışmır, yanacaq üçün uzun növbələr var. Yerli hökumət hərbçilərin köməyilə yanacaqdoldurma məntəqələrində sabitlik yaratmaq istəyir.

Defisitin səbəbi yanacağın daşınması ilə məşğul olan şirkətlərdə pandemiya səbəbindən yubanmalar, sürücü çatışmazlığı və qeyri-sağlam rəqabətin olmasıdır.

Ötən həftə BP benzin çatışmazlığına görə 10-dan çox benzindoldurma məntəqəsini bağlamışdı. Bundan sonra əhali benzinin çatışmayacağını düşünərək, məntəqələrə "hücuma" keçmişdilər.

Bu kollaps səbəbindən BP bir neçə benzin mənqətəsində benzinin satışına limit də qoyub.


Etiketlər:  Böyük Britaniyada benzin qıtlığı Yanacaqdordurma məntəqələrində XAOS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ