Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 08:54
Tayland hakimiyyəti koronavirus əleyhinə peyvənd edilən xarici turistlərin 1-30 noyabr tarixlərində Banqkoka və ölkənin digər 9 əyalətinə daxil olmasına icazə verməyi planlaşdırır.
Qeyd edilir ki, müsafirlərə əyalətlərin yalnız xüsusi olaraq təyin edilmiş "turizm zonaları" açıq olacaq.
Dekabrın 1-dən dekabrın 31-dək isə daha 20 əyalətə gəlməyə icazə verilməsi planlaşdırılır.
Sentyabrın 29-dan etibarən ölkənin əksar hissələrində tətbiq edilən bəzi məhdudiyyətlər götürüləcək. Tədricən burada spa, kinoteatr, idman meydançaları, biznes mərkəzləri və əyləncə obyektlərinin fəaliyyətinə icazə veriləcək.
Bundan əlavə, oktyabrın 1-dən Taylanda daxil olanların hamısı üçün məcburi karantin müddəti azaldılaraq - peyvənd edilmiş turistlər üçün yeddi gün və peyvənd edilməyən turistlər üçün 10 gün təşkil edəcək.