Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 10:36
Britaniya hökuməti ölkədə yaşanan yanacaq böhranı səbəbindən ordunu səfərbər etməyi planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
"Hökumət yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrə görə ordunu səfərbər etməyi hədəfləyir", - deyə bildirilib.
"Tayms" nəşri yazır ki, yanacaq tədarükünün kəsilməsinə gətirən sürücü çatışmazlığı səbəbindən hərbçilər məhz yanacaqdaşıyan maşınların sürücüsü kimi işə cəlb oluna bilərlər. "Eskalin əməliyyatı" adlanan plan yalnız vəziyyətin kritik həddə pisləşəcəyi halda tətbiq olunacaq.