Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elnur Əşrəfoğlunun son durumu necədir? - Yoldaşı danışdı

Elnur Əşrəfoğlunun son durumu necədir? - Yoldaşı danışdı

Tarix: 29 Sentyabr 2021 14:38

"Elnurun müalicəsi ölkə rəhbərliyinin ciddi nəzarətindədir".

Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a onun həyat yoldaşı məlumat verib.

O bildirib ki, Elnurun müalicəsi üçün lazım olan bütün dərmanlar və tibbi ləvazimatlar qarşılanır:

"Prezidentin köməkçisi Anar Ələkbərov tez-tez əlaqə saxlayır, vəziyyəti və müalicənin gedişatı ilə bağlı maraqlanır. Həkimlər də əllərindən gələni edirlər. Hər kəsə təşəkkür edirik. Ümid edirik ki, çəkilən əziyyətlər yerdə qalmayacaq. İnşallah qısa zamanda Elnurun səhhətində yaxşılaşma olmasını diləyirəm".

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika"da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.


Etiketlər:  Elnur Əşrəfoğlunun durumu necədir Yoldaşı danışdı


RƏYLƏR