Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 14:45
Aktrisa Ebru Şahin basketbolçu nişanlısı Cedi Osmanın ona evlilik təklifi etməsi haqqında danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Cedi Ebrunu ilk gördüyü gün bunun baş verəcəyini və evlilik təklif edərkən taxdığı üzüyü ötən ildən bəri aldığını bildirib:
"Həyatımdakı ən gözəl şey... Çox həyəcanlı və stresli idim. O çox özəl biridir, onu gördüyüm gün bunu bilirdim. Üzük keçən ildən məndə idi. Cəsarətimi toplayıb təklif etdim. Həyatımdakı ən gözəl hadisə idi".
Qeyd edək ki, cütlük 1 ildir eşq yaşayır.