Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2021 22:24
"Biz bütün qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə həmişə dostluq münasibətində olmuşuq".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi Ərdəbil əyalətinin başçısının təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, "Qonşu ölkələr həmişə əməkdaşlığa dəvət edilib və bu, İran İslam Respublikasının həmişəlik siyasətidir".
Ə.Vəhidi qeyd edib ki, İran qonşu ölkələrlə əməkdaşlığa və münasibətləri inkişaf etdirməyə hazırdır. İran xalqı və dövləti qonşu ölkələrlə dostluq münasibətlərini qoruyub saxlamaqda qərarlıdır.