Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19-dan ölmə ehtimalını azaldan dərman hazırlandı

COVİD-19-dan ölmə ehtimalını azaldan dərman hazırlandı

Tarix: 2 Oktyabr 2021 08:44

Dünyada 4,5 milyon insanın ölümünə səbəb olan COVİD-19 xəstəliyinin gedişatını asanlaşdıran həblər hazırlanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, transmilli əczaçılıq şirkəti "Merck" və biotexnoloji şəriki "Ridgeback Biotherapeutics" firmasının hazırladığı dərman "Molnupiravir" adlanır. Şirkət bu həbi eyni zamanda koronavirusa qarşı peyvəndlərə alternativ hesab edir.

Dərman 775 peyvənd olunmamış koronavirus xəstəsi üzərində sınaqdan keçirilib. Müəyyən edilib ki, həblər insanlarda xəstəxanalıq olma və ölüm hallarını 50 faizədək azaldır.

"Merck"in araşdırma qrupunun rəhbər müavini Dean Li bildirib ki, dərman gözlənildiyindən də yüksək nəticə verib. O, son sınaqda 1500-dən çox insanın iştirak edəcəyini qeyd edib.

Şirkət tezliklə ABŞ və digər ölkələrdəki nümayəndəliklərə dərmanın qeydiyyata alınması ilə bağlı müraciət edəcək.


Etiketlər:  COVİD ölmə ehtimalını azaldan dərman hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ