Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Əliyevlə Paşinyanın görüşünə hazırdır

Ermənistan Əliyevlə Paşinyanın görüşünə hazırdır

Tarix: 2 Oktyabr 2021 08:51

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü yaxın gələcəkdə ATƏT-in Minsk qrupu çərçivəsində baş tuta bilər".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Daha əvvəl bildirmişdik ki, görüşməyə və məsələləri ən yüksək səviyyədə müzakirə etməyə hazırıq. Əgər qarşı tərəf (Azərbaycan) hazır olduğunu bildirərsə, o zaman ümid edirik ki, ATƏT-in Minsk qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın vaxtlarda baş tutacaq", - deyə Qriqoryan bildirib.


Etiketlər:  Ermənistan Əliyevlə Paşinyanın görüşünə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ