Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğlundan Səyyad Əlizadə ilə bağlı kövrək paylaşım - FOTO

Oğlundan Səyyad Əlizadə ilə bağlı kövrək paylaşım - FOTO

Tarix: 2 Oktyabr 2021 17:24

Xəbər verdiyimiz kimi, müğənni Səyyad Əlizadə 63 yaşında dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mərhumun oğlu Atabəy atası ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, atasının fotosunu yayımlayaraq "Həmişə qəlbimizdə yaşayacaqsan, canım atam" sözlərini qeyd edib. Atabəy daha sonra ifaçının məzarının görüntülərini pylaşıb.

Qeyd edək ki, 63 yaşlı müğənni koronavirus infeksiyasına yoluxmuşdu. O, əvvəlcə Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmiş, daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü. Həkimlər ifaçının səhhətinin ağır olduğunu, ciyərlərinin 80 faiz buzlaşdığını deyib. S.Əlizadə uzun müddətdir süni komada saxlanılırdı.

Müğənni öz vəsiyyəti ilə Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında dəfn edilib.

Milli.Az


Etiketlər:  Oğlundan Səyyad Əlizadə ilə bağlı kövrək paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ