Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 11:20
Filippin prezidenti Rodriqo Duterte siyasətdən gedəcəyini bildirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, o, 2022-ci il seçkilərində ölkənin vitse-prezidentliyinə namizədliyini irəli sürməkdən də imtina edib.
"Filippinlilərin böyük əksəriyyəti düşünürlər ki, mən uyğun bir namizəd deyiləm və qanuna zidd çıxmaq konstitusiya pozuntusu olardı. Uzun illər əvvəl məni prezident seçən insanların iradəsinə tabe olaraq, həmvətənlərimə deyirəm ki, istəyinizi icra edəcəm. Bu gün siyasətdən getdiyimi elan edirəm", - Duterte belə deyib.
Onun əvəzinə vitse-prezidentliyə senator Kristofer Lourens Qo namizədliyini irəli sürəcək.