Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2021 17:56
Aktyor Burak Yörük sevgilisi, model Elif Aksu ilə ayrılmasından danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor xəyanətə uğradığını açıqlayıb. O haqqında şorgöz olması ilə bağlı iddiaların doğru olmadığını ifadə edib:
"Qadın ilgisindən məhrum və ya buna ehtiyacı olan biri deyiləm. "Şorgöz" sözünü özümə yaraşdırmıram. Bəli, xəyanətə uğradım. Mesajlarını tutdum və ayrıldım".
Burak sarışın olduğu üçün bir çox layihənin əlindən çıxdığını da vurğulayıb:
"Sarışın olduğuma görə layihə itirdiyim olur. Səbəbini mənə demirlər, amma rolu alan şəxsi gördükdən sonra anlayıram".
Qeyd edək ki, aktyor "Aşk mantık intikam" serialında rol alır.