Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobillə vurulan piyadanın hər iki ayağı sınıb

Bakıda avtomobillə vurulan piyadanın hər iki ayağı sınıb

Tarix: 5 Oktyabr 2021 08:58

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Nəcəfova Zülfiyyə Mədət qızını vurub.

Piyada xəstəxanaya aparılıb. Həkim müayinəsindən sonra qadına hər iki baldır sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda avtomobillə vurulan piyadanın hər iki ayağı sınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ