Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitkoinin qiyməti 50 min dollara yaxınlaşıb

Bitkoinin qiyməti 50 min dollara yaxınlaşıb

Tarix: 5 Oktyabr 2021 16:20

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 50 min ABŞ dollarına yaxınlaşıb.

Milli.Az report-a istinadən bildirir ki, kriptovalyuta son 24 saat ərzində 3,6 %, son 7 gün ərzində isə 18,3 % bahalaşaraq 49,5 min ABŞ dollarına satılıb.

Nəticədə onun kapitallaşması 933 milyard ABŞ dolları çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 1,4 % artaraq 3,4 min ABŞ dolları təşkil edib. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən çox bahalaşan "Dogecoin" olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 2,2 trilyon ABŞ dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 11:51-ə olan məlumatları aşağıdakı kimidir.

Milli.Az


Etiketlər:  Bitkoinin qiyməti 50 min dollara yaxınlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ