Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 21:40
UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mrhələsində keçirilən "Marsel" - "Qalatasaray" oyununda (0:0) baş vermiş insidentlə bağlı intizam işi açıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Yekun qərar isə oktyabrın 22-də açıqlanacaq.
Xatırladaq ki, Fransada keçirilən görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.